Modern.az

Qarabağda daha bir erməni cəsədi aşkarlandı

Qarabağda daha bir erməni cəsədi aşkarlandı

Qarabağ

22 Noyabr 2021, 16:48

Qarabağda 44 günlük müharibə zamanı itkin düşən ermənilərin meyitlərinin və qalıqlarının tapılması istiqamətində axtarış işləri uzun fasilədən sonra bərpa olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bazar ertəsi axtarış qrupu Füzuli rayonunda daha bir erməni cəsədinin qalıqlarını aşkar edib. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.

Axtarış işləri bir neçə həftə əvvəl dayandırılmışdı.

Xatırladaq ki, üçtərəfli atəşkəs bəyanatının imzalanmasından indiyədək aparılan axtarışlar zamanı ümumilikdə 1698 erməni hərbçi və mülki şəxsin cəsədi və qalıqları aşkar edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır