Modern.az

Azərbaycanlı deputat QDİƏT PA rəhbərliyinə SEÇİLDİ

Azərbaycanlı deputat QDİƏT PA rəhbərliyinə SEÇİLDİ

Parlament

22 Noyabr 2021, 16:51

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PM) Macarıstanda toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, onlayn keçirilən iclasda 12 ölkənin parlament nümayəndələri iştirak edib.

 

Toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev yekdilliklə QDİƏT PA-nın sədr müavini seçilib. 

 

Qeyd edək ki, qurum 25 iyun 1992-ci ildə İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyənnaməsinin (sonradan İstanbul Bəyənnaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb. Tərkibinə isə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya, Ermənistan daxildir. QDİƏT ölkələri, milli enerji sistemlərinin vahid Qara dəniz dairəsində birləşdirilməsi, regional nəqliyyat dəhlizlərinin vahid dünya nəqliyyat sisteminə inteqrasiyası və inkişafı və s. məsələlər üzrə birgə layihələr üzərində çalışırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır