Modern.az

Nazirlik notbuk alınmasında qanunsuzluğa yol verib? - Rəsmi cavab

Nazirlik notbuk alınmasında qanunsuzluğa yol verib? - Rəsmi cavab

Təhsil

22 Noyabr 2021, 17:22

Təhsil Nazirliyi məktəblilər üçün notbukların alınması zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı iddialara münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, notbukların alınması üçün tender elan olunub.

 

"Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılan büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin notbuklarla təmin olunması məqsədi ilə notbukların satınalınması üzrə tender elan edilib.

 

Tender nəticəsində qalib gələn "İnfinitech" MMC ilə noyabrın 19-da 6 874 ədəd notbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb", - Təhsil Nazirliyindən qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar