Modern.az

Koronavirus statistikası: 825 yoluxma, 33 nəfər öldü

Koronavirus statistikası: 825 yoluxma, 33 nəfər öldü

Hadisə

22 Noyabr 2021, 19:01

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü