Modern.az

MAQATE: ”İran nüvə başlığı üzərində işləyir”

MAQATE: ”İran nüvə başlığı üzərində işləyir”

Dünya

19 Fevral 2010, 10:35

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrana dair növbəti narahatedici bəyanatla çıxış edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, MAQATE İranın nüvə başlıqları üzərində iş aparmasından şübhələnir. Beynəlxalq təşkilatın növbəti hesabatında qeyd olunur ki,  İran raketlər üçün nüvə başlığı yaratmağa  çalışır.  MAQATE-nin mətbuata sızdırılan  məxfi hesabatında İranın artıq uranın zənginləşdirilməsini ən yüksək həddə çatdırdığı da təsdiqlənir.

Bu, MAQATE-nin yeni baş direktoru Yukii Amanonun rəhbərliyi altında hazırlanmış ilk hesabatıdır. Sənəd martın 1-5-də MAQATE Direktorlar Şurasının iclasına təqdim olunacaq.

    

İran isə nüvə silahı üzərində işləməsi barədə bütün məlumatları təkzib edərək  bu sahədə aparılan  işlərin dinc məqsədlərə xidmət etdiyində israr edir. ABŞ və Avropa müttəfiqləri BMT çərçivəsində İrana qarşı daha sərt sanksiyaların tətbiqini tələb edirlər.

Son hesabat bir daha göstərir ki, İran beynəlxalq təşkilatlar qarşısında götürmüş olduğu öhdəliklərə əməl etmək istəmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir