Modern.az

Paşinyanın hiyləsi, Ankaranın mesajı - ŞƏRH

Paşinyanın hiyləsi, Ankaranın mesajı - ŞƏRH

Analitika

23 Noyabr 2021, 13:22

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Ankara ilə münasibətlərinin normallaşdırlmasında Moskvadan vasitəçilik etməsini xahiş edib. Unanyanın sözlərinə görə, Rusiya da daxil olmaqla bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəşiliyini təklif edib, İrəvan bu məqsədlə Moskvanı seçib:

“Rusiya da daxil olmaqla, bir neçə beynəlxalq partnyor Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər və nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla məsələləri (dəhliz, sərhəd, sülh sazişi) həll etməmiş nədən Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət edib?


Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu bu məsələni şərh edib:

“Fikrimcə, bunun arxasında hiyləgər gediş var. Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb. Ankara isə Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edib. Bundan başqa,  Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmi et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq.

İrəvan isə bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyun pozucu olduğunu göstərməyə çalışır. Paşinyan həm də ona ümid edir ki, Moskva da İrəvan kimi Ankaraya məsləhər görəcək ki, ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlasın. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı