Modern.az

“Azərbaycana qarşı təzyiqlərin səbəbi bəllidir” - Tofiq Zülfüqarov

“Azərbaycana qarşı təzyiqlərin səbəbi bəllidir” - Tofiq Zülfüqarov

23 Noyabr 2021, 14:18

“Konflikt vasitəsilə idarə etmək dünyada geniş istifadə olunan üsuldur. Hesab edirəm ki, Azərbaycan yürütdüyü siyasət  addımbaaddım münaqişənin mənfi fəsadlarını aradan qaldırır”.


Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov postmüharibə dövrünü şərh edərkən bildirib.

O qeyd edib ki, hələ də münaqişənin və işğalın fəsadları mövcuddur.

“Əslinə qalsa, Azərbaycana qarşı təzyiqlərin səbəbi bəllidir. Bəzi qüvvələr istəyirlər ki, bu münaqişəni idarə etsinlər. Bütün bunlar geopolitik oyunlardır. Dünyada bir çox yerlərdə bu cür oyunlar tətbiq edilir. Biz bunlara hazır olmalıyıq”.

T.Zülfüqarov bildirib ki, Ermənistan tərəfindən səslənən şüarlar onu göstərir ki, düşmən öz siyasətində hələ də sülhü seçməyib:

“Təəssüflər olsun ki, bu bizim seçimimiz deyil. Sülhün bərqərar olması üçün gərək iki tərəf razılığa gəlsin. Bu baxımdan təbii ki, biz hələ də hüquqlarımızı qorumaq üçün dövlət və xalq olaraq mübarizə aparacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub