Modern.az

Universitetlər Şirvana köçürülsün

Universitetlər Şirvana köçürülsün

23 Noyabr 2021, 15:12

Milli Məclisin deputatı İltizam Yusifov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

 

Modern.az xəbər verir ki, deputat bir çox təkliflər səsləndirib:

 

"2022-ci il Dövlət büdcəsi bizim 30 illik müstəqillik tariximizin ən böyük büdcəsidir. Büdcə layihəsində demək olar ki, bütün sahələr üzrə artım, o cümlədən Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Və təqdirə layiq bir haldır ki, həm vətən müharibəsindən, həm də pandemiya ilə bağlı böyük məhdudiyyətlərdən sonra da Ölkədə bütün Dövlət Proqramların və bütün sosial layihələrin icrası davam etdirildi. Bu Azərbaycan dövlətinin nə qədər qüdrətli və həm də Azərbaycan iqtisadiyyatının dayanıqlı olmasının bariz nümunəsidir. Lakin qanun layihəsi ilə bağlı bir neçə məqama toxunmaq istəyirəm.

 

Təqdim olunmuş Büdcə layihəsində, qəbul olunmuş Dövlət proqramları çərçivəsində həyata keçiriləcək infrastruktur layihələri ilə bağlı ayrica məlumat görünmür. Aydın olmur ki, 2022-ci ildə təmsil etdiyimiz şəhərlərdə hansı layihələrin həyata keçirilməsi planlaşdırılır? Bu layihələrə maliyyə vəsaiti ayrılıb, ya yox? Bundan əlavə sual olunur:

 

Büdcədə Azərbaycan Respublikası şəhər və rayonları üzrə gəlirlər və xərclər bölməsində göstərilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Məqsədli büdcə özündə nəyi ehtiva edir? Bu məsələ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsi layihəsinə verilmiş rəydə də öz əksini tapıb.

 

Hökumət nümayəndələrinin burada olmasından istifadə edərək Təmsil etdiyim Şirvan şəhəri ilə bağlı bir neçə məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz ki, Şirvan Azərbaycanın ən iri 5 şəhərindən biri olaraq, Mərkəzi Büdcəyə gəlir gətirən şəhərlərdəndir. Çox təəssüf ki, bu sənaye şəhərinin ölkənin ümumi daxili məhsulunda payında azalma tendensiyası müşahidə olunur. Şəhərin ən böyük və əsas problemlərindən biri işsizliklə bağlıdır. Bu məsələ mənim tərəfimdən artıq 2 dəfə “hökümətin hesabatının” müzakirələri zamanı yazılı surətdə hökumətə çatdırılıb. Artıq icrası üçün müvafiq qurumlara göstərişlər də verilib.

 

Düşünürəm ki, Hökumət bu sahədə müvafiq tədbirlər görəcək və yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaqdır. Şəhərin digər əsas problemi isə Su-kanalizasiya sisteminin tikintisinin yarımçıq qalmasıdır. Ümumiyyətlə Dövlət Proqramı çərçivəsində bu layihə son 10 ildə cəmi 25 % icra olunmuşdur. Bu müddətdə şəhər böyümüş, tələblər bir qədər də artmışdır. Hesab edirəm ki, Şəhərin su-kanalizasiya sistemi layihəsi artıq yenidən işlənməli və icra olunmalıdır. Digər bir problem Şəhərdaxili ictimai nəqliyyat sisteminin yox səviyyəsində, heç bir standartlara, müasir tələblərə, ölkəmizin inkişaf səviyyəsinə və imicinə uyğun olmamasıdır. Bundan əlavə, Şəhərdə çoxmərtəbəli binalarının dam örtüklərinin bərpasına böyük ehtiyac vardır. Şirvanda müasir tipli Peşə Təhsili Mərkəzinin açılmasına da böyük ehtiyac vardır. Mən hökümətdən xahiş edirəm ki, bu məsələlərə də diqqət ayırsınlar. Şirvanla bağlı bir məsələyə də toxunacam.

 

Bilirsiniz ki, Ölkə başçısı cənab İlham Əliyev son Tokio Olimpiadadakı nəticələrimizə haqlı iradını bildirərək, tikilmiş idman qurğularının fəaliyyətinin təftiş edilməsini bildirmişdir. Tikintisinə 10 milyonlarla xərc qoyulan, 80 % işlərin bitdiyi, Böyük futbol ənənələri olan Şirvan şəhərinin mərkəzi stadionu, işlərin dayandırılması səbəbindən 15 ildir baxımsız halda dağılmağa məhkumdur. Nəticə isə göz qabağındadır: Bir tərəfdə stadion yarımçıq qalıb, dağılır, digər tərəfdə isə Bakıda Milli komanda hətta Lyuksemburq kimi bir komandaya uduzur. Mən aidiyyatı qurumlardan, bu məsələni həllində köməklik etməyi xahiş edirəm. 2030- Milli Prioritetlərə əsasən Paytaxt və reqionların tarazlı inkişafını, yeni sənaye zonalarının yaradılmasını baxımından Şirvanın inkişafı, İş yerlərinin açılması, şəhərdə iqtisadi aktivliyi artırmaq üçün, həm də gələcəkdə Bakı şəhərinin yükünü azaltmaq baxımından Universitetlərin, Nazirliklərin və digər qurumların Şirvanda yerləşdirilməsi və Şirvanın Ələt İqtisadi zonasına inteqrasiyası məsələsinə baxmaq olar"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir