Modern.az

1904 yeni yoluxma - 29 nəfər öldü

1904 yeni yoluxma - 29 nəfər öldü

23 Noyabr 2021, 18:28

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1904 yeni yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 576 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 327 nəfər müalicə olunaraq sağalıb, 7 686 nəfər vəfat edib, aktiv xəstə sayı 27 690 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 194, ötən müddət ərzində isə ümumilikdə 5 461 573 test aparılıb.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!