Modern.az

Deputat bələdiyyələrin fəaliyyətini tənqid etdi: "Sənədi etibarsız olan bir qurum nəyə lazımdır?"

Deputat bələdiyyələrin fəaliyyətini tənqid etdi:

Parlament

24 Noyabr 2021, 11:54

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Fazil Mustafa bələdiyylərin fəaliyyəti barədə danışıb.

 

Modern.az xəbər verir ki, deputat Konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələnin bələdiyyələrlə bağlı olduğunu deyib:

 

"Referendumla Konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum nəyə lazımdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.

 

Milli Məclisin Birinci vitse spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir:

 

“Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!