Modern.az

Deputat vəkillərin pensiya təminatından NARAZIDI

Deputat vəkillərin pensiya təminatından NARAZIDI

Aktual

24 Noyabr 2021, 12:16

"Bu gün Vergi məsəlləsi kontekstində məsələyə baxırıqsa deməliyəm ki, vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov bildirib.

 

Deputat qeyd edib ki, bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkilə də təmin olunmalıdır:

 

"Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. Əmək Pensiyaları haqqında qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük. Başqa bir məqam, dövlət hesabına hüquqi yardıma ayrılan vəasiti gündəmə gətirmək istəyirəm. Əvvəl dövlət hesabına hüquqi yardım üçün Vəkilə ödənilən məbləğ 2 manat idi. Cənab Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı və hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manat çatdırdı.

 

Bir daha deyim ki, dövlət başçımız artımla bağlı konkret rəqəm ifadə etməmişdi, iradə çox konseptual idi və mahiyyəti ondan ibarət idi ki, artım ağlabatan olsun. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. Bu mənada Hökumətdən xahiş edirəm, cənab Prezidentin iradə ifadəsini rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm vəkil vergi verməsin, amma heç olmazsa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır".

 

Onun sözlərinə görə, vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox bizim üçün yeni perspektivlər deməkdir:

 

"Çünki, güclü vəkillik insan hüquq və azadlıqların səmərəli təmini deməkdir, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Bu mənada mən hökumət üzvlərindən xahiş edirəm, bu problemə diqqət yetirilsin. Mən eyni zamanda Mediasiya institu ilə bağlı da analoji mövqeni dilə gətirmək istəyirəm. Bu təsisat hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. İndi bir müddət öncə Vəkillər Kollegiyası təsiata müəyyən yardım etdi, hesab edirəm ki, hökumət yaxın 1 yaxud iki il ərzində Mediasiya strukturlarına yardımda biulunub təsiatı gücləndiməlidir. Habelə, mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir