Modern.az

Rüsumlarla bağlı dəyişikliklər II oxunuşda TƏSDİQLƏNDİ

Rüsumlarla bağlı dəyişikliklər II oxunuşda TƏSDİQLƏNDİ

Aktual

24 Noyabr 2021, 12:32

Azərbaycanda yığılan dövlət rüsumları rüsumu toplayan orqanın büdcəsinə deyil, birbaşa dövlət büdcəsinə yönəldiləcək.

 

Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Qeyd edək ki, dəyişikliyə əsasən, bundan sonra bütün dövlət rüsumları vahid qaydada qanunla tənzimlənəcək. Bundan əvvəl isə dövlət rüsumları Nazirlər Kabinetinin qərarları ilə tənzimlənirdi.

 

Qanuna dəyişiklikdə bir sıra dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi, bir sıra yeni rüsumların tətbiqi təklif edilir.

 

Qanuna dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!