Modern.az

Gəlirlərin 90 faizi Bakıda formalaşırsa, regionlar necə inkişaf edir?

Gəlirlərin 90 faizi Bakıda formalaşırsa, regionlar necə inkişaf edir?

İqtisadiyyat

24 Noyabr 2021, 13:12

“Bakı və rayonlar arasındakı fərqin aradan qaldırılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, biznes payının əhəmiyyətli hissəsi paytaxtın payına düşür və sözsüz, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilmiş layihələrin əsas məqsədi əvvəlki mərhələlərdə infrastrukturun formalaşması ilə bağlı idi”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov büdcə gəlirlərinin 90 faizə yaxın hissəsinin Bakıda formlaşmasına münasibət bildirərkən deyib.

 

Deputat yeni mərhələdə infrastrukturun dəyərə çevrilməsi ilə bağlı islahatların davam etdirilməsi, daha çox investisiyanın cəlb edilməsinin priotitet məsələlərdən olduğunu qeyd edib:

 

“Paytaxtda biznes payının çox olmasının fərqli səbəbləri var. Bu həm də onunla bağlıdır ki, enerji, neft sektoru əsasən paytaxtdadır. Ona görə də paytaxt ümumi iqtisadiyyatın həcminə böyük təsir göstərir. Digər tərəfdən isə paytaxt iqtisadi baxımdan fərqlidir. İnfrastruktur baxımından bölgələrlə müqayisədə daha çox üstünlüyə malikdir”.

 

V.Bayramov regionların payının artırılmasının mərhələli şəkildə həyata keçiriləcək bir siyasət olduğunu bildirib:

 

“Çünki artıq yeni mərhələdə regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsi, investisiyanın cəlb edilməsi istiqamətinin sürətləndirilməsi olduqca vacibdir. Ona görə də növbəti mərhələdə, xüsusən də, rayonlarda yeni iş yerlərinin yaradılması, sərmayə qoyuluşunun artırılması istiqamətində intensiv tədbirlərin daha ünvanlı və sistemli fəaliyyətlərinin həyata keçirilməsinə ehtiyac var”.

 

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!