Modern.az

Vətən Müharibəsinin hərbi həkimi vəfat etdi

Vətən Müharibəsinin hərbi həkimi vəfat etdi

24 Noyabr 2021, 13:42

Tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə paylaşım edib. 



42 yaşlı Azər Əkbərov  onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

 

44 günlük Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərən Azər Əkbərov Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.


Azər Əkbərov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O həmin akademiyanı birinciliklə bitirib. 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir