Modern.az

Sahibə Qafarova Rusiyada səfərdədir - FOTO

Sahibə Qafarova Rusiyada səfərdədir - FOTO

Parlament

25 Noyabr 2021, 09:14

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?