Modern.az

Müdafiə Nazirliyi jurnalistləri Kəlbəcərə apardı - FOTOLAR

Müdafiə Nazirliyi jurnalistləri Kəlbəcərə apardı - FOTOLAR

25 Noyabr 2021, 11:30

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

 

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir