Modern.az

Tələbə kreditləri bu şəxslərə veriləcək

Tələbə kreditləri bu şəxslərə veriləcək

Təhsil

25 Noyabr 2021, 12:40

“Standart kreditlər illik təhsil haqqının 20%-ni ödəyən tələbələrə veriləcək”.

 

Modern.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev bu gün keçirilən təhsil tələbə krediti sisteminin istifadəyə verilməsinə dair brifinqdə deyib.

 

Onun sözlərinə görə, birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib:

 

“Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalvriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi