Modern.az

Tələbələrə kreditlə bağlı möhlət veriləcək?

Tələbələrə kreditlə bağlı möhlət veriləcək?

Aktual

25 Noyabr 2021, 12:46

“Təhsil tələbə kreditinin verilməsində bəzi hallarda möhlət verilə bilər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev bu gün keçirilən təhsil tələbə krediti sisteminin istifadəyə verilməsinə dair brifinqdə açıqlayıb.

 

TTK dövründə aşağıdakl hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

 

- Yuxarı təhsil səviyyəsində əyani təhsil

- həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

- işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti

 

İ.İsayev bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı