Arxiv
25 Noyabr 2021, 13:34 | AKTUAL
736 milyon qadın zorakılığa məruz qalıb

COVID-19 epidemiyası başlayandan dünyada qadınlara qarşı zorakılıq halları artıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, BMT və ÜST açıqlamasında sosial məhdudiyyətlərin tətbiq olunduğu və iqtisadi çətinliklərin yaşandığı koronavirus pandemiyası zamanı qadınlara qarşı zorakılığın artdığını bildirib.

 

BMT-nin Qadınlar Təşkilatı dünyada 15 yaşdan yuxarı olan təxminən 736 milyon qadının (hər üç qadından biri) həyatının müəyyən dövründə zorakılığa məruz qaldığını bildirib. Bu qadınlardan 640 milyondan çoxuna həyat yoldaşı və ya keçmiş ərləri tərəfindən şiddət tətbiq edilib. Qlobal miqyasda qadın qətllərinin 38 faizi isə həyat yoldaşları və ya münasibətdə olduqları şəxslər tərəfindən törədilib.

 

Dünyada zorakılığa məruz qalan qadınların 40 faizi şiddətlə qarşılaşanda kömək istəyib. Bu vəziyyət qadınlarda depressiya, abort və HİV riskini artırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv