Modern.az

“Firudin bəy Köçərli” mükafatı bp-nin vitse-prezidentinə təqdim edildi

“Firudin bəy Köçərli” mükafatı bp-nin vitse-prezidentinə təqdim edildi

Təhsil

25 Noyabr 2021, 18:57

bp şirkətinin vitse-prezidenti  Bəxtiyar Aslanbəyliyə “Firudin bəy Köçərli” mükafatı təqdim edilib.

 

Modern.az xəbər verir ki, Bəxtiyar Aslanbəyli AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “Modern ali təhsil pilləsində nümunəvi müəllim və təhsil hamisi kimi”  nominasiyası üzrə layiq görülüb.

 

Qeyd edək ki, Bəxtiyar Aslanbəyli bp-nin vitse-prezidenti olmaqla yanaşı, hazırda Bakı Dövlət Universteti, “ADA Universiteti” və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir.  Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Təhsillə bağlı bir çox layihələrin həyata keçməsində yaxından iştirak edib.

 

Görüş zamanı mükafatın təqdim olunması ilə yanaşı, AzEdu Təhsil Portalının rəhbərliyi ilə Bəxtiyar Aslanbəyli arasında təhsilin gələcək perspektivləri ilə bağlı maraqlı müzakirə də aparılıb.

 

Bəxtiyar Aslanbəyli ali təhsil sisteminin  inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

 

AzEdu MMC-nin baş direktoru Elşad Eyvazlı təhsil sahəsində inkişafa təkan verəcək layihələrin ərsəyə gəlməsindəki xidmətlərinə görə Bəxtiyar Aslanbəyliyə təhsil cameəsi adından  təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir