Modern.az

Qazaxıstan Türkiyədən dron alır

Qazaxıstan Türkiyədən dron alır

Dünya

25 Noyabr 2021, 22:49

Qazaxıstan Türkiyənin TUSAŞ şirkətindən 3 ədəd "Anka" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Habertürk" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, oktyabr ayında Türkiyə şirkəti ilə Qazaxıstan arasında müqavilə imzalanıb.

 

Qeyd edək ki, 2021-ci ilin mayında Türkiyə ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq sazişi imzalanıb. Bu saziş PUA sahəsində taktiki təcrübə mübadiləsini nəzərdə tutur.

 

Bundan əvvəl "Anka" PUA-ları Tunisə ixrac edilib. 1 sutkaya yaxın havada qala bilən dronların qabiliyyəti Türkiyə ordusu tərəfindən döyüş şəraitində sübut edilib.

 

Akif İsmayılov

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi