Modern.az

Bu il Nigeriyada 1440 tələbə qaçırılıb

Bu il Nigeriyada 1440 tələbə qaçırılıb

25 Noyabr 2021, 23:19

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada məktəbləri hədəf alan hücumların artmaqda davam etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, UNICEF-in dərc etdiyi hesabatda bu il Nigeriyada 1440 şagirdin qaçırıldığını qeyd olunub.

 

Yanvar ayından bəri ölkədə 25 fərqli məktəbə hücum edildiyi və bu hücumlarda 1440 şagirdin qaçırıldığı bildirilir.

 

Qərbi Afrika ölkələrində illərdir davam edən hücumlara daha çox uşaqların məruz qaldığı bildirilən hesabatda təşkilat bu cür hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görülməsinə çağırıb.

 

Nigeriyanın Benue, Kaduna, Plateau, Katsina və Zamfara əyalətlərində son aylarda bir çox məktəbdən şagirdlər qaçırılıb.

 

Hücumlara görə bir çox məktəb və universitet təhsili dayandırmalı olub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir