Modern.az

Türkiyənin aşkarladığı qazın həcmi AÇIQLANDI

Türkiyənin aşkarladığı qazın həcmi AÇIQLANDI

26 Noyabr 2021, 00:33

Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti tərəfindən Qara dənizin ultradərinliyində aparılan kəşfiyyat işlərində indiyədək ümumilikdə 540 milyard kubmetr təbii qaz aşkar edilib.

 

Modern.az xəbər verir ki, Türkiyənin Sakarya Qaz Sahəsinin İnkişafı Layihəsi dəniz altında qurulacaq təbii qaz hasilat sistemi, Filyos sahilində qurulacaq emal qurğusu və bu iki bloku birləşdirəcək boru kəmərlərindən ibarətdir. Filyosda qurulacaq təbii qaz emalı müəssisəsinə isə ilk təbii qazın verilməsi 2023-cü ilə planlaşdırılır. Hazırda son məlumat olaraq Türkiyə Petrolları Anonim Ortaqlığı Şirkəti Qara dənizdəki “Sakarya” qaz yatağında “Türkali-2” kəşfiyyat quyusunda üçüncü rezerv səviyyəsində keçirdiyi axın testinin müvəffəqiyyətlə tamamlandığını açıqlayıb.

 

Məlumatda müəyyən olunan səviyyədə sutka ərzində 0,67 milyon kubmetr qazın ötürüldüyü bildirilir.

 

Eyni quyuda aparılan digər sutkalıq sınaqlarda, iyulun 28-də 0,75 milyon, avqustun 31-də isə 0,63 milyon kubmetr qaz axını müşahidə olunub. Beləliklə, “Türkali-2” quyusunun ümumilikdə 2,05 milyon kubmetr qaz axını potensialına malik olduğu müəyyən edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!