Modern.az

Elman Rüstəmov bu vəzifəsindən AZAD OLUNDU

Elman Rüstəmov bu vəzifəsindən AZAD OLUNDU

26 Noyabr 2021, 12:39

Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.


Modern.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov da iştirak edib.


Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.

Səsvermə nəticəsində uzun illər qurumun vitse-prezident kimi çalışan Mahir Məmmədov 4 il müddətinə federasiyanın yeni prezidenti seçilib.


O, bu postda 2007-ci ildən çalışan Azərbaycan Milli Bankının sədri Elman Rüstəmovu əvəzləyib.


Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu