Modern.az

Riskli asteroidlərə qarşı sınaqlar

Riskli asteroidlərə qarşı sınaqlar

26 Noyabr 2021, 19:13

Yerlə toqquşmaq təhlükəsi ilə olan asteroidin trayektoriyasını dəyişdirmək üçün istifadə oluna biləcək texnologiyanın sınaqdan keçirilməsi üçün kosmik gəmi buraxılıb.

 

Modern.az xəbər verir ki, Amerika Kosmos və Aviasiya Administrasiyasının (NASA) “Dart” missiyası çərçivəsində buraxılan kosmik gəmi “Dimorfos” asteroidinə çırpılaraq sürəti ilə trayektoriyasını dəyişməyə çalışacaq.

 

Kosmosda gəzən, diametri bir neçə yüz metr olan hər hansı bir obyektin Yerlə toqquşmasının təsiri kontinental miqyasda ola bilər.

 

“Dimorfos” Yer üçün heç bir təhlükə yaratmasa da, ilk dəfədir ki, planeti qorumaq üçün asteroidi yavaşlatmağa və onun trayektoriyasını dəyişməyə cəhd edilir.

 

“Dart” kosmik gəmisini daşıyan “Falcon 9” raketi ABŞ-ın Kaliforniya ştatındakı Vandernberq Kosmik Qüvvələri bazasından buraxılıb.

 

325 milyon dollarlıq “Dart” missiyası birlikdə hərəkət edən iki asteroidi hədəf alır. “Didimos”un diametri 780 metr, “Dimorfos”un diametri 160 metrdir.

 

“Dimorfos” ölçüsündə bir obyekt nüvə bombasından bir neçə dəfə böyük enerji ilə partlaya bilər, böyük bir əraziyə təsir edər və yaşayış məntəqələrində on minlərlə insanın ölümünə səbəb olar.

 

Diametri 300 metrdən çox olan asteroidlər kontinental miqyasda, 1 kilometrdən böyük olanlar isə bütün dünyaya təsir göstərir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir