Modern.az

Koronavirusun yeni ştammı belə adlandırıldı

Koronavirusun yeni ştammı belə adlandırıldı

Dünya

26 Noyabr 2021, 22:44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus yeni ştammını "omikron" adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-ün bəyanatında deyilir.

 

Bəyanata əsasən, ÜST Afrikanın cənubunda aşkar edilən koronavirus ştamını "narahatlıq yaradan variantlar" qrupuna daxil edib.

 

Koronavirus infeksiyasının yeni ştamının yaranması fonunda ÜST COVID-19-a qarşı peyvəndin artırılmasına çağırıb.

 

Təşkilatın məlumatına görə, mövcud PCR testləri omikronun ştamını tanımağa qadirdir.

 

Qeyd edək ki, omikron yunan əlifbasının 15-ci hərfidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı