Modern.az

Britaniyada təyyarə dünya rekordu qırdı

Britaniyada təyyarə dünya rekordu qırdı

26 Noyabr 2021, 23:19

Böyük Britaniyanın tam elektriklə işləyən təyyarəsi “Spirit of Innovation” dünya rekordu qırıb.

 

Modern.az xəbər verir ki, avtomobil və təyyarə mühərrikləri istehsalçısı “Rolls-Royce”un , tam elektriklə işləyən təyyarəsi “Spirit of Innovation” saatda 623 kilometr sürətə çataraq dünya rekordunu yeniləyib.

 

“Rolls-Royce” şirkətinin baş direktoru Varren İst bildirib ki, təyyarə enerji topladıqdan sonra 30 dəqiqədən çox uça bilir.

 

Saatda 623 kilometr sürətə çatan təyyarə dünya rekordunun yeni sahibi olub.

 

Sınaq uçuşu zamanı təyyarəni “Rolls-Royce”un uçuş əməliyyatları üzrə direktoru Fil Odell idarə edib. Təyyarə 202 saniyəyə 3 min metr hündürlüyə qalxaraq daha bir rekord qırıb. Məlumat təsdiq üçün dünya aviasiya rekordlarını yoxlayan Beynəlxalq Aviasiya Federasiyasına (World Air Sports Federation) göndərilib.

 

Sınaq uçuşu Böyük Britaniyanın Müdafiə Nazirliyinin “Boscombe Down” eksperimental təyyarə sınaq poliqonunda baş tutub.

 

Xatırladaq ki, 2017-ci ilin aprelində Almaniyada yerləşən “Siemens” firmasının “Extra 330LE” elektrikli təyyarəsi saatda 337,5 kilometr sürətə çataraq rekord qırmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı