Modern.az

Putinin zeytun budağı hədiyyəsində gizlənən ŞİFRƏLƏR

Putinin zeytun budağı hədiyyəsində gizlənən ŞİFRƏLƏR

Ölkə

27 Noyabr 2021, 11:20

Rusiya Prezidenti Vladimir Putin dünən Soçidə baş tutan üçtərəfli görüşün yekunları ilə bağlı keçirilən birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana zeytun budağı hədiyyə verdi.

 

Maraqlıdır, dünən baş tutan görüşdə Putinin sülh rəmzi olan zeytun budağını hədiyyə etməsi nəyə mesaj idi?

 

Politoloq Qabil Hüseynli dünənki görüşü Modern.az-a şərh edərkən bildirib ki, Putin zeytun budağını hədiyyə etməklə sülh prosesində moderatorluğun onun əlində olduğu mesajını verdi:

 

“Putin bu hədiyyəni dünya təcrübəsindən istifadə edərək verdi. Qədim Roma imperiyasında da həmişə sülhə çağırış olanda bir dövlət digərinə zeytun budağı hədiyyə edirdi.

 

Rusiya prezidentinin zeytun budağını hədiyyə etməsi tərəfləri barışığa, tezliklə sülh müqaviləsinin bağlanmasına çağırış idi.

 

Eyni zamanda, Putin bununla demək istəyirdi ki, sülh yaradılması prosesinin moderatoru, əsas münsifi mənəm. Və bu prosesləri axıra qədər aparacaq insan mənəm. Bununla yanaşı, mənimlə birgə sülh şərtlərinin razılaşdırılmasına çağırıram deməkdir. Bu bir çağırış idi”.

 

Politoloqun sözlərinə görə, Putinin bu hədiyyəsinin digər məqsədi bölgənin ağası olduğunu bildirmək və başqa bir ölkənin bu prosesə qarışmağının qarşısını almaqdı:

 

“Putin bölgənin ağası, əsas dövləti kimi hər iki tərəfi sülh bağlanması istiqamətində reallığa çağırır.

 

Digət tərəfdən, Putin bu hədiyyəsi ilə başqa bir dövlətin bu məsələyə qarışmağını istəmədiyini bildirir.

 

Formal olaraq Bürssel görüşü planlaşdırılsa da, amma görünür ki, proses Soçi adlanacaq və tarixə də Soçi görüşü kimi yazılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir