Modern.az

Xocalı faciəsi Avropa universitetlərində tanıdılır

Xocalı faciəsi Avropa universitetlərində tanıdılır

19 Fevral 2010, 13:04

Gənclər üçün Təhsil Mərkəzi Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar olaraq fevral ayının 25-də  Almaniyanın Kassel şəhərində ”Xocalı faciəsini tanıtım” adlı mərasim təşkil edəcək.

            Qurumun mətbuat xidmətindən verilən məlumata görə, mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Kassel şəhərində təhsil alan tələbələrə, ziyalılara və yerli sakinlərə Xocalı faciəsi ilə əlaqədar həqiqətləri çatdırmaqdır.

            Mərasimdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri, Almaniya-Azərbaycan Forumunun başçısı Otto Hauzer, Cassel, Hötengem, Leyptsik, Marburg universitetlərinin müəllim və professor heyəti, Kassel Xristian Cəmiyyəti, Kassel Bələdiyyəsinin nümayəndələri, Hessen əyalətinin Sosial-Demokratlar Partiyasından olan millət vəkilləri, QHT-lər, KİV və tələbələr iştirak edəcəklər.

            Mərasimin keçirilməsində Gənclər üçün Təhsil Mərkəzinə Alman-Azərbaycan Dialoq Platformu və Almaniyadakı Türk Tələbələr Birliyi kömək edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi