Modern.az

Ermənistan ordusunda yeni HƏBSLƏR: Zəngəzurdakı döyüşdən qaçan komandirlər saxlanıldı

Ermənistan ordusunda yeni HƏBSLƏR: Zəngəzurdakı döyüşdən qaçan komandirlər saxlanıldı

27 Noyabr 2021, 11:34

Ermənistan ordusunda növbəti həbslər həyata keçirilib.

 

Modern.az saytı “Hraparak”a istinadən xəbər verir ki, bu dəfə saxlanılan 2 nəfərdi: tabor komandiri vəzifəsini icra edən zabit və müqaviləli əsgər.

 

Onların 16 noyabr tarixində Zəngəzurda - Azərbaycanla sərhəddə baş vermiş silahlı toqquşma zamanı vəzifələrini icra etmədikləri vurğulanır. Bildirilir ki, prokurorluq saxlanılanlar barəsində hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozma (CM 365-ci hissənin 3-cü hissəsi) ilə cinayət işi açıb.

 

Qeyd olunur ki, sözügedən hərbçilər erməni əsgərlərin Azərbaycan tərəfinə əsir düşməsində günahkardılar.

 

“Hraparak”ın məlumatına görə, saxlanılanlardan biri 105-ci hərbi hissənin komandiri, mayor Qeqam Qeqamyandır.

 

Prokurorluğun məlumatına görə, adı çəkilən hərbi hissənin komandiri Azərbaycan tərəfi ilə qarşıdurma zamanı qarşıya qoyulmuş döyüş tapşırıqlarının səmərəli yerinə yetirilməsini, xüsusən də yaxınlaşan qüvvələrə silah tətbiq etməklə müqavimət göstərməyi təmin etməyib. Və onun 7 hərbi qulluqçu ilə birlikdə qaçdığı bildirilir.

 

“Nəticədə döyüş mövqeyində olan 11 erməni hərbçi əsir götürülüb, 2-si isə həlak olub”, -deyə prokurorluqdakı mənbə qeyd edib.

 

Prokurorludan sızan məlumata görə, 15 əsgərin olduğu post bir güllə də atmadan qəribə şəkildə təslim olub.

 

Adının çəkilməsini istəməyən erməni hərbçi baş verənlərlə bağlı bildirib: “Məğlubiyyətdən sonra orduda ciddi parçalanma yaranıb ki, bunda da siyasi liderdən tutmuş alay komandirinə qədər hər kəs günahkardır. Amma Silahlı Qüvvələrin komandanlığı xüsusilə günahkardır, ən böyük günah müdafiə naziri və Baş Qərargah rəisi Artak Davtyandadır.

 

Qoşunlar bu qeyri-sabitlikdən çox sınıb. Daxili qarışıqlıq yaxşı heç nəyə gətirib çıxarmaz. Ordu görür ki, qayıq bərk yellənir. Qoşunlar İrəvana baxır, nə müxalifət xadimlərini, nə də hakimiyyəti tanımırlar, amma görürlər ki, vəziyyət qeyri-sabitdir, çox ruhdan düşüblər. Hərbçilərimiz üçün əsir düşmə şəraiti yaratmaqla böyük səhvə yol verdik”.

Ermənistan Müdafiə Nazirliyi dövlət sərhədindəki 16 noyabr döyüşləri zamanı 6 hərbçisinin həlak olduğunu açıqlayıb. Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, erməni tərəfindən döyüşlər nəticəsində 13 hərbçi əsir, 24 nəfər itkin düşüb.
Eyni zamanda iki postun əldə verildiyi də bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçu yaralanıb.

 

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir