Modern.az

Əliyev Lukaşenko ilə Soçi görüşünü müzakirə etdi (YENİLƏNİB)

Əliyev Lukaşenko ilə Soçi görüşünü müzakirə etdi (YENİLƏNİB)

Ölkə

27 Noyabr 2021, 16:37

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

 

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.

 

15:21

*****

 

Belarus Prezidenti Aleksandr Lukaşenko şənbə günü azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Əliyev Lukaşenkoya Rusiya və Ermənistan liderləri ilə keçirdiyi 26 noyabr tarixli Soçi görüşünün nəticələri barədə məlumat verib.

 

“İlham Əliyev ötən gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları barədə Aleksandr Lukaşenkoya məlumat verib”, - xəbərdə deyilir.

 

Lukaşenko və Əliyev Azərbaycanla KTMT münasibətlərini də müzakirə ediblər.

 

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü