Modern.az

Gürcüstanda yeni ştamma görə yeni QAYDALAR

Gürcüstanda yeni ştamma görə yeni QAYDALAR

27 Noyabr 2021, 19:06

Gürcüstan Afrika qitəsində koronavirusun yeni “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq 8 ölkənin vətəndaşlarının ölkəyə daxil olması üçün yeni qaydalar tətbiq edəcək.

 

Modern.az  xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

 

Noyabrın 28-dən qüvvəyə minəcək qərara əsasən, son 14 gün ərzində Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Svazilend, Mozambik və Malaviyə səfər edən və Gürcüstana gələn istənilən şəxs vətəndaşlığından asılı olmayaraq, 14 günlük özünütəcrid rejimində qalacaq. Bu müddət başa çatandan həmin şəxslər PCR test verməli olacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu