Modern.az

Peruda 800 illik mumiya tapıldı

Peruda 800 illik mumiya tapıldı

28 Noyabr 2021, 00:58

Perunun mərkəzi sahillərində ən azı 800 yaşında olduğu təxmin edilən mumiya aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi qazıntıda iştirak edən arxeoloqlara istinadən yazıb.

 

Arxeoloqlar bildirib ki, mumiyalanmış qalıqlar Cənubi Amerika ölkəsinin sahilləri və dağları arasında yaşamış şəxsə aiddir.

 

Cinsiyyəti məlum olmayan mumiya Lima bölgəsində aşkar edilib.

 

“Mumiyanın əsas xüsusiyyəti, bütün bədəninin kəndirlərlə bağlanması və yerli dəfn nümunəsinin bir hissəsi olacaq əllərin üzü örtməsidir”, - deyə ekspertlərdən biri qeyd edib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər