Modern.az

Türkiyədə qəza: 22 yaralı

Türkiyədə qəza: 22 yaralı

28 Noyabr 2021, 13:29

Türkiyədə “Bizim İğdır” şirkətinə məxsus avtobusun aşması 22 nəfərin yaralanmasına səbəb olub.

 


Modern.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Ərzincan-Sivas şosesində, Akarsu kəndinin yaxınlığında baş verib.

 

 

İlkin məlumata görə, hadisəyə səbəb sürücünün sükanda nəzarəti itirməsi olub. Avtobus yolun kənarına aşıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır dəyərləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?