Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində yaralananların sayı 126 nəfərə çatıb.
Modern.az xəbər verir ki. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Axtarış-xilasetmə işlərində iştirak edərkən xəsarət alan dağ xilasedicilərinin sayı 17 nəfərə yüksəlib, ölənlərin sayı isə 51-dir.
Hazırda xəstəxanada 53 nəfər müalicə edilir. Onlardan 17-si dağ xilasedicisidir. Qeyd edilir ki, 12 şaxtaçıya ambulator yardım göstərilib.