Modern.az

Putinin “nəqliyyat dəhlizləri” xatırlatması prosesi sürətləndirir

Putinin “nəqliyyat dəhlizləri” xatırlatması prosesi sürətləndirir

28 Noyabr 2021, 13:55

“26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı imzalanmış üçtərəfli bəyanat bir sıra aspektlərdən diqqəti cəlb edir. Əvvəlla, bu, Zəngəzur dəhlizinin reallaşmasını daha da yaxınlaşdıran bir sənəddir. Sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri də məhz Zəngəzur dəhlizinin tezliklə reallaşma imkanlarını göstərir”.

 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 


Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti dəfələrlə Zəngəzur dəhlizinin bütün hallarda istifadəyə veriləcəyini bəyan edib:


“Kommunikasiyaların paralel bərpası regionda dayanıqlı sülhün yaradılması baxımdan vacib hesab olunur. Digər tərəfdən, sözügedən dəhliz bütövlükdə regionun və hətta bölgədə maraqlı olan əsas qonşu dövlətlərin iqtisadi prioritetlərinə uyğun hesab olunur. Çünkü Zəngəzur dəhlizi regionun inkişafı üçün yeni imkanlar yaradacaq.


Rusiya Prezidenti Vladimir Putin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlatdı və bu da prosesin daha sürətlə gedəcəyindən xəbər verir”.

 

“Başqa mühüm məqam Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi və bununla da regionda formalaşan yeni reallığın nəzərə alınmasıdır. Bu ayın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi də yeni reallığın dəyişməyəcəyindən xəbər verir.
Beləliklə, regionda formalaşan yeni reallıq daha güclənməkdədir. Bunun yalnız siyasi deyil, həmçinin dayanıqlı iqtisadi nəticələri də olacaq”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı