Modern.az

Qaribaşvili istefa verəcək - İDDİA

Qaribaşvili istefa verəcək - İDDİA

28 Noyabr 2021, 14:35

"Formula" telekanalı yaxın zamanlarda Gürcüstanda hökumət rəhbərinin dəyişəcəyini iddia edib.

 

Modern.az xəbər verir ki, bu barədə telekanalın "Şənbə günü Formulası" adlı verlişində məlumat verilib. Qeyd olunub ki, Bidzina İvanişvilinin qərarına əsasən, baş nazir postuna hal-hazırkı İnfrastruktur və Regional İnkişaf Naziri İrakli Karseladze təyin ediləcək.

 

Məlumata görə, baş nazir İrakli Qaribaşvili yaxın vaxtlarda istefa verəcək və o artıq istefa məktubunu da hazırlayıb.

 

 

Televiziya məlumatda qeyd edir:

 

"Tezliklə baş nazir deyəcək ki, vədini yerinə yetirib Saakaşvilini tutduğu üçün, artıq təhlükə yoxdur və ölkə sülh yolu ilə inkişaf edə bilər". Telekanal bildirib ki, ABŞ prezidenti Co Baydenin Qaribaşvilinin əvəzinə Zurabişvilini sammitə dəvət etməsi də xüsusi diqqət çəkir.

 

Xatırladaq ki, bu barədə yayılan məlumatları hakim "Gürcü Arzusu" nümayəndələri təsdiqləmir və məlumatları dezinformasiya adlandırırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı