Modern.az

Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı

Türkiyə prezidenti Aşqabad Zirvəsinin hədəfini açıqladı

28 Noyabr 2021, 17:17

"Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsətdir".

 

Modern.az xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı söyləyib.

 

“Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir