Modern.az

"Region ölkələri ilə ticarətin inkişafı prioritetidir" - Rəisi

Dünya

28 Noyabr 2021, 19:25

Region ölkələri ilə ticarətin inkişaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir.

 

Modern.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşdə deyib.

 

O qeyd edib ki, dünyanın hazırkı şəraitində region ölkəklərinin əməkdaşlıqları bir çox imkanlar yaradır və region ölkələrinin aktiv iştirakı bütün məsələləri həll edə bilər.

 

Rəisi əlavə edib ki, İran bütün sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, enerji və terrorizmlə mübarizə sahəsində Özbəkistanla əməkdaşlıqlarını yüksəltməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar