Modern.az

Qırğızıstan seçkilərinin ilkin nəticələri

Qırğızıstan seçkilərinin ilkin nəticələri

28 Noyabr 2021, 19:52

Qırğızıstanda bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası artıq bülletenlərin 90%-nin sayıldığını bildirib.

 

Yerli vaxtla saat 20:00-da 2 435 seçki məntəqəsinin hamısı bağlanıb.

 

Məlumata görə, seçkilərdə iştirak edən 6 partiya parlamentə düşə bilib. Bunlar "Ata-Yurd Qırğızıstan" (16,85%), "İşenim" (13,52%), "Intımak" (10,87%), "Alyans" (8,24%), "Bütün Qırğızıstan (6,76%), "Iyman nuru" (6,02%) partiyalarıdır.

 

Ölkənin yeni qanunvericiliyə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.

 

Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi