Modern.az

Taliban avropalı diplomatlarla danışıqlar apardı

Taliban avropalı diplomatlarla danışıqlar apardı

28 Noyabr 2021, 22:50

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndələri Qətərdə Avropa İttifaqının diplomatlarından ibarət nümayəndə heyəti ilə iki günlük danışıqlar aparıblar.

 

Modern.az xəbər verir ki, bu barədə “Taliban” tərəfindən təyin olunmuş Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Kahar Bəlxi öz “Twitter” səhifəsində məlumat yayıb.

 

Əfqanıstan üzrə xüsusi nümayəndə Tomas Niklasson və onu müşayiət edən nümayəndə heyəti Əfqanıstandakı humanitar vəziyyət, o cümlədən səhiyyə və təhlükəsizlik kimi sahələrdə işlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir