Modern.az

Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi

Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi

29 Noyabr 2021, 09:47

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının son durumu açıqlanıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hərbi qulluqçular - Sarib Məmmədzadə və Murad Məmmədzadənin hər birinin ayaqlarından biri amputasiya edilib.

 

Hazırda hər iki şəxsin vəziyyəti stabildir, müalicələri davam etdirilir.

 

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə noyabrın 28-də Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüblər.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir