Modern.az

Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var

Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var

Diaspor

29 Noyabr 2021, 09:55

Qürbətdə yaşayan azərbaycanlılar 44 günlük Vətən müharibəsindən sonra hamısı bir sözü deyir: “İndi küçədə qürurla gəzirik. Artıq heç kimin yanında gözükölgəli deyilik”.

 

30 illik Qarabağ  həsrətinə 44 gündə son qoyan igid əsgərlərimizin qazandırdığı qürur, zəfərdolu günlərdə qürbətdə yaşayan, bizi layiqincə təmsil edənlərin əziyyətləri də az deyil. Əsgərlər səngərdə, döyüş meydanında mübarizə aparanda, həmvətənlilərimiz də beynəlxalq təşilatlara, qurumlara haqq səsimizi çatdırırdılar.

 

Heç bir təhlükədən qorxmadan dünyaya səsimizi çatdırırdıq

 

İsveç Yönköping Regional Parlamentinin deputatı, İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idarə heyətinin sədri, İqtisadi və hüquqi məsələləri üzrə məsləhətçi İradə Əliyeva Modern.az-a deyib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi ümidlərimizi gerçəkləşdirdi, milli qürurumuzu özümüzə qaytardı:

 

“Mən Ağdam rayonunun Mərzili kəndində doğulmuşam, Mərzili kənd orta məktəbini bitirmişəm. Mənim doğma kəndim, anamın qəbri 28 il idi işğal altında idi.Torpaqlarımızın diplomatiya, siyasət yolu ilə azad olunmasına inamımız, ümidimiz azalırdı. Vətən müharibəsində Azərbaycanın qələbəsi bax bu ümidlərimizi gerçəkləşdirdi, milli qürurumuzu özümüzə qaytardı.  Mən də neçə illərdir çantamda xəritə, dilimdə “Qarabağ bizimkidir”, “Mən Qarabağlıyam”, “Mənim millətim öz ölkəsinin daxilində məcburi köçkündür”, sözləri ilə öz haqqımızı hamıya sübut etməyə çalışırdımsa, qələbədən sonra haqlı olduğumuzu, torpaqlarımızın Azərbaycan oğullarının qanı, həyatı bahasına azad edildiyini qürurla deyirəm. Öz kəndimi əvvəllər xəyallarımda, yuxularımda görürdümsə, indi tezliklə yenidən uşaqlığımda, gəncliyimdə gəzdiyim torpaqlara ayaq basacağımı bilirəm. Bu heç bir sözlə təsvir edilə bilməyən hisslərdir. Mən xarici dostlarımı kəndimizə, Ağdamımıza, Qarabağımıza aparmaq istəyirəm”. 

 

 

 

İ.Əliyeva  qalibiyyətimizin hədəflərimizi də dəyişdiyini bildirib:

 

“Əvvəllər hamıdan kömək istəmək, hamıya bizim ata-baba torpaqlarımızın işğal altında olduğunu sübut etmək idi məqsədimiz. İndi isə torpaqlarımızın işğal altında qaldığı uzun illər ərzində viranə qoyulduğunu, böyük ərazilərin minalandığını, təbiətimizin məhv edildiyini, iqtisadiyyata milyardlarla ziyan vurulduğunu, hələ də təxribatların baş verdiyini, regionda sülhün bərqərar olmasına mane olan qüvvələrin düşmənçilik siyasətlərini davam etdirməsini çatdırmaqdır.

 

Sözün düzü, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək haqqında heç vaxt fikirləşməmişəm. Müharibə dövründə əsgərlərimiz ön cəbhədə vuruşanda, biz də arxa cəbhədə əlimizdən gələni edirdik. Heç bir təhlükədən qorxmadan dünyaya səsimizi çatdırırdıq. Əgər bilsəm ki, mənim köməyimə, fəaliyyətimə ehtiyac var, əlbəttə ki, bunu edərəm. Təki torpaqlarımız yenidən çiçəklənsin, məcburi köçkünlərimiz, mənim də qohumlarım, dostlarım daxil omaqla qayıdıb öz doğma yurdlarında yenidən firavan yaşasınlar. Mən də həmişə bacardığım köməyi edərəm. Öz biliyimi, təcrübəmi, fəaliyyətimi xaricdə millətimizi tanıtmağa, milli mənafemizə xidmətə sərf edirəm. Əgər buna ölkəmizin daxilində də ehtiyac olarsa, hər zaman hazıram”.

 

İsveçdə yaşayan ermənilərlə qarşılaşanda heç bir hiss keçirmədiyini qeyd edən İ.Əliyeva bildirib ki, heç əvvəllər də onlara qarşı heç nə hiss etməyib:

 

“Həmişə qururla, başımı dik tutmaqla bizim böyük, mübariz, humanist xalq olduğumuzu qeyd etmişəm. Müharibə dövründə 14 oktyabr 2020-ci ildə mən İsveçin “P1” radiosunda tanınmış erməni professor ilə canlı debata çıxdım. Bu debat bütün gün ərzində bir neçə dəfə təkrar yayımlandı. Onu qeyd edim ki, “P1” İsveçin ən böyük, bütün İsveç üzrə yayımlanan rəsmi dövlət radiosudur. Bu radioya bütün İsveç qulaq asır. Burada baş nazirdən tutmuş bütün rəsmi dövlət xadimləri danışırlar. Mən o erməniyə bir neçə dəqiqə ərzində konkret faklar yağdıraraq danışmağa imkan vermədim. Yəni o dəqiqələrdə mən heç nədən çəkinmirdim, haqlı olduğumuzu deyirdim, üstünlüyümüzü bilirdim. Onlarla əlbəttə ki, kontakta olmuram, amma yeri gələndə hər şeyi olduğu kimi ətrafdakılara çatdırıram”.

 

Ermənilərlə qarşılaşanda özünü  daha qürurlu hiss edirəm

 

Niderlandda yaşayan azərbaycanlı Şamil Mustafayev bildirib ki, Vətən müharibəsində qələbəmiz bir çox həmyerlilərimiz kimi ona da gələcəyə nikbin baxmağı öyrədib:

 

 

 

“Biz Vətən müharibəsinə qədər Qarabağ torpaqlarının işğaldan azad olunacağını xəyal belə etmirdik. Ancaq 44 günlük şanlı qələbəmiz mənim həyatımda gələcəyə ümidlə baxmağı öyrətdi. Həmçinin, əvvəllər Qarabağın işğaldan azad olunmasını arzu edirdiksə, artıq xaricdə yaşayan azərbaycanlılar olaraq əzəli torpaqlaramıza səyahət etməyi arzulayırıq.

 

Əvvəllər Niderlandda xarici dostlarıma, universitet və iş yoldaşlarıma Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu sübut etməyə çalışırdımsa, artıq bu ərazilərin həqiqətən bizim olduğu qələbədən sonra öz təsdiqini tapdı. Buna baxmayaraq, zəruri hallarda informasiya müharibəsi aparmaqda davam edirik. Digər hədəflərimdən biri də ölkə hüdudlarından kənarda Azərbaycan birliklərinin formalaşmasından ibarət olub. Müharibə ərzində isə bir çox birliklər təbii halda formalaşmağa başladı. Buna görə də, Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra əsas hədəfim yeni birliklərin yaradılması deyil, daha çox bu birliklərin qorunub saxlanılmasındadır”.

 

Ş.Mustafayev işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək istədiyini də vurğulayıb:

 

“Düşünürəm ki, mənim sahəmin Qarabağın yenidən qurulması işlərində xüsusi töhfəsi ola bilər. Aparıcı biznes arxitektoru olaraq orada yeni təsis olunacaq şirkətlərin biznes arxitekturalarının qurulması, biznes proseslərinin analizi və sadələşdirilməsi, həmçinin bu proseslərin avtomatlaşdırılması ilə məşğul olmaq istərdim”.

 

Ş.Mustafayev Niderlandda ermənilərlə qarşılaşanda özünü  daha qürurlu hiss ediyini deyir və bu hissləri bizlərə yaşatdıqlarına görə Azərbaycan Ordusuna təşəkkür edərək, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyib.

 

Əzilmiş, məğlub millət olmaqdan qurtulduq

 

 

 

Berlin Qafqaz Tətqiqatları İnstitutunun direktoru, Tarix üzrə elmler doktoru, Almaniya PEN-in üzvü Nuridə Atəşinin uşaqlığı Ağdamda keçib. Ən böyük arzsunun yenidən Ağdama getmək, oraları görmək, doğmaların ın evini, məzarını tapmaq olduğunu bildirib:

 

“Həmişə Avropada gözükölgəli gəzirdik. Qalibiyyətdən sonra küçədə kişiləri xüsusən vüqarlı, qürurlu görürəm. Bunu yaşamaq gözəldir. Biz orada müharibənin gedişatını, Prezident İlham Əliyevin bütün çıxışlarını izləyirdik. Beynəlxalq qurumlara məktublar yazırdıq, əlimizdən gələni edirdik. Bu qayıdışdan sonra dövlətə, Prezidentə sevgi inam daha da artıb. O bunların hamısına layiqdir. Bu çox böyük bir hadisədir. Əzilmiş, məğlub millət olmaqdan qurtulduq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü