Modern.az

Yenə mina PARTLAYIŞI Yenə xəsarət

Yenə mina PARTLAYIŞI - Yenə xəsarət

29 Noyabr 2021, 15:36

29 noyabr 2021-ci ildə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Cəbrayıl Rayon Prokurorluğundan Modern.az-a vrilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

 

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir