Modern.az

“Patı” ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

“Patı” ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

Aktual

29 Noyabr 2021, 16:30

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.

 

İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.

 

F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı