Modern.az

Soçidə turizm və siyasətin VƏHDƏTİ

Soçidə turizm və siyasətin VƏHDƏTİ

29 Noyabr 2021, 16:33

Soçi dünyada turistik bölgə olaraq Rusiyanın ən məşhur regionlardan biridir. Amma son vaxtlar Soçi dünyanın siyasi bölgəsi olaraq məşhurlaşır.

 

Rusiyanın dünyanın diqqətini bu bölgəyə çəkməsinin səbəbi nədir?

 

Siyasi ekspert Asif Nərimanlı Modern.az-a açıqlamasında bildirib ki, təkcə Rusiyada yox, beynəlxalq təcrübədə də münaqişəli tərəflərin keçirdiyi görüşlər adətən sakit bir yerdə təşkil edilir:

 

“Təyin olunan yerlər təhlükəsizlik baxımından, həm də tərəflər üçün daha münasib olmalıdır. Rusiyanın isə başqa yerdə yox, Soçidə görüşlər keçirməsi tərəfləri səssiz yerdə qarşılamaq istəyidir. Bundan əlavə, Putinin özünün proqramı var. Daha çox Rusiya mediasının yaydığı məlumata görə, Putin vaxtını iqamətgahlarında keçirir. Ən böyük iqamətgahlarından biri elə Soçidədir”.

 

Ekspertin sözlərinə görə, sonuncu Soçi Olimpiya Oyunlarından sonra Qərb mediasında Rusiyaya qarşı kifayət qədər kampaniyalar aparıldı:

 

“Bundan sonra turistlərin Soçiyə gəlişində müəyyən azalmalar vardı. Belə siyasi görüşlər əslində yenidən dünyanın gündəmini Soçiyə çəkmək üçündür. Davamlı olaraq diqqətdə saxlamaq əslində buna hesablanıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?