Modern.az

Yenidən sərt qapanmalara getmək arzuolunan deyil - Deputat

Yenidən sərt qapanmalara getmək arzuolunan deyil - Deputat

29 Noyabr 2021, 16:53

Koronavirusun yeni “Omicron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etməyə hazırlaşır, İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır, ABŞ isə 8 ölkədən Birləşmiş Ştatlara səfərləri qadağan edib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında qeyd edib ki, “Omicron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başladılar.

 

“Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omircon” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidirlər.

Belə ki, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr “Omicron” variantının araşdırılması üçün ən azı bir həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələrdə “lock down” qərarları ehtiyatla qəbul edilir”.

 

Azərbaycanın yumşaq karantin rejimini tətbiq edən ölkələrdən olduğunu bilirən V.Bayramov qeyd edib ki, “Omicron” variantının təsirləri və yayılma coğrafiyası, eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir:

 

“Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılmaların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır