Modern.az

Sevgi psixoloji XƏSTƏLİKDİ

Sevgi psixoloji XƏSTƏLİKDİ

Aktual

29 Noyabr 2021, 17:04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sevgini rəsmən psixi xəstəliklərin siyahısına daxil edib. Belə ki, o, siyahıda F63.9 kodu altında qeyd olunub. ÜST nümayəndələri hesab edir ki, sevgi “psixi pozğunluqdur” və artıq bu xəstəlik adıgedən təşkilatın siyahısında alkoqolizm, iqromaniya, toksikomaniya, kleptomaniya kimi xəstəliklərlə eyni cərgədədir. İlk dəfə ABŞ-ın Kaliforniya ştatında sevginin bəzi növləri xəstəlik kimi qeydə alınıb. Adel sindromu, platonik sevgi bura aiddir.

 

Sevgi doğrudanmı xəstəlikdir?

 

Tanınmış psixoloq Elnur Rüstəmov Modern.az-a sevginin normal müstəvidə xəstəlik olmadığını söyləyib:

 

“Sevginin özü normal müstəvidə psixoloji xəstəliklər sırasında yer almır. Patoloji sevgilər olur, məsələn, psixologiyada “Otello sindromu” var. Qarşı tərəfi o qədər sevir və qısqanır ki, sonda ona ziyan verir, həyatı üçün təhlükə yaradır. Bu patoloji sevgi zaman keçdikcə müəyyən problemlərə yol açır”.

 

Pixoloqun sözlərinə görə, normal sevgi xəstəlik kimi qəbul edilmir:

 

“Bu gün Azərbaycanda da patoloji sevgi ilə rastlaşırıq. Tutaq ki, ailədə tərəflər bir-birini çox sevir. Kişi qadını o qədər çox sevir ki, bundan dolayı qarşı tərəfə ziyan verir, çölə buraxmır, işləməyinə imkan vermir, insanlarla ünsiyyət saxlamağını məhdudlaşdırır. Qadın isə qısqanclığından kişini ən yaxınına belə qısqanır. Düzdür, belə vəziyyətdə ailə dağılmır, ancaq mübasibətlər ürəyaçan olmur. Bu da sevgini gətirib çıxarır psixoloji xəstəliyə”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir