Modern.az

Polisdən mülki geyimdə REYD

Polisdən mülki geyimdə REYD

Aktual

29 Noyabr 2021, 23:03

Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

"Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunmaqla barələrində inzibati tənbeh tədbirləri tətbiq olunur.

 

Tədbirlər davam etdirilir. Vətəndaşları qayda və tələblərə əməl etməyə çağırırıq", - deyə nazirlik rəsmisi əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir