Modern.az

Kiyev Türkiyənin təklifini ALQIŞLADI

Kiyev Türkiyənin təklifini ALQIŞLADI

30 Noyabr 2021, 11:08

Kiyev Donbassdakı münaqişənin həllinə yönəlmiş istənilən səyləri alqışlayacaq.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik təklifini şərh edərkən bildirib.

 

Noyabrın 29-da Prezident R.T.Ərdoğan Türkiyəni Rusiya və Ukrayna arasında münasibətlərin nizamlanması üçün üçtərəfli sammitin keçirilməsinin tərəfdarı olduğunu bildirib.

 

"Ukrayna Normandiya formatının işinə sadiqdir, lakin biz heç vaxt digər tərəfdaşlar və dostlar tərəfindən təklif edilən yaxşı təşəbbüsləri geri çevirməmişik. Biz bu müharibəni dayandırmağa, geri qayıtmağa kömək edə biləcək hər hansı səyi alqışlayacağıq”,- Dmitri Kuleba bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır